Applein 2025-ci ildə patent fəaliyyəti nəzərəçarpacaq dərəcədə azalıb, bu da şirkətdə innovasiya tempinin zəifləyə biləcəyinə işarə edir. Bu barədə MacRumors IFI CLAIMS Patent Servicesin məlumatlarına istinadla yazır.
Hesabata görə, ABŞ-da Apple-a verilən patentlərin sayı 12% azalıb — 2024-cü ildəki 3082 patentdən 2025-ci ildə 2722-yə düşüb. Bu geriləmə fonunda şirkət ən çox patent alan 50 şirkət siyahısında 4-cü yerdən 6-cı yerə enərək rəqiblərinə mövqelərini uduzub.

