Azərbaycan Mərkəzi Bankı 4 fevral tarixində uçot faiz dərəcəsinin azaldılması barədə qərar qəbul edib.
Azərbaycan Mərkəzi Bankınin İdarə Heyətinin qərarına əsasən, faiz dəhlizinin bütün parametrləri 0,25 faiz bəndi azaldılıb. Beləliklə, uçot dərəcəsi 6,5 faizə, faiz dəhlizinin aşağı həddi 5,5 faizə, yuxarı həddi isə 7,5 faizə endirilib.

