Xəzər TV-nin məlumatına görə, uzun illərdir mobil telefon idxalı ilə məşğul olan sahibkar Ağşin Məmmədzadə bildirir ki, bu il qüvvəyə minən yeni qanun biznesin aparılmasını xeyli çətinləşdirib.
Belə ki, əvvəllər düyməli mobil telefon 8 manat 50 qəpikə alınır, gömrük rüsumu və aksiz vergisi əlavə edildikdən sonra 15–16 manata başa gəlirdisə, qanunvericilikdə edilən dəyişikliklərdən sonra həmin telefonun qiyməti 40 manatı keçib.
Ağşin Məmmədzadənin sözlərinə görə, yeni qaydalar xüsusilə 200 manatdan aşağı qiymətə olan büdcə seqmentinə ciddi zərbə vurub. O hesab edir ki, 20 manatlıq tarifin və ƏDV-nin telefonların qiymət kateqoriyasına uyğun hesablanması daha məqsədəuyğun olardı.
Sahibkarın mövqeyi ilə bağlı Dövlət Gömrük Komitəsindən rəsmi açıqlama almaq mümkün olmayıb.

