ABŞ Prezidenti Donald Trampın İranın enerji infrastrukturuna zərbələrin təxirə salınması ilə bağlı açıqlamasından sonra dolların əsas valyutalara qarşı dəyəri azalmağa başlayıb. Bunu ticarət məlumatları göstərir.
Məlumata görə, Bakı vaxtı ilə saat 15:40-a olan vəziyyətə əsasən, avronun dollara nisbətdə məzənnəsi 1,1571-dən 1,1581 dollara yüksəlib (+0,09%).
Eyni zamanda, dolların yenə qarşı məzənnəsi 159,23-dən 158,66 yenə düşüb (-0,36%).
Bundan əlavə, dollar indeksi də 0,27% azalaraq 99,38 bəndə enib.

