Əmtəə bazarlarında qızılın fyuçers qiymətləri artıb. Nyu-Yorkun COMEX birjasında 2026-cı ilin iyun ayı üzrə qızıl fyuçerslərinin bir troya unsiyası (31,1 qram) üçün qiyməti 0,42% yüksələrək 4458,09 ABŞ dollarına çatıb.
Eyni zamanda, gümüşün fyuçers qiymətləri də artım göstərib. COMEX-də 2026-cı ilin may ayı üzrə gümüşün bir unsiyası 0,71% bahalaşaraq 69,85 ABŞ dolları olub.

