Türkiyənin ən böyük özəl banklarından biri olan “İş Bankası”nda rusiyalı istifadəçilər mobil tətbiqə girişlə bağlı problemlərlə üzləşiblər. Bu barədə RIA Novosti məlumat yayıb.
Məlumata görə, bəzi hallarda bloklanma qısa müddətdə aradan qaldırılsa da, digər istifadəçilər üçün bu proses bir neçə gün çəkə bilər.
“Səhər gördüm ki, həm mənim, həm də həyat yoldaşımın tətbiqə girişi bloklanıb. Kartlar işləyir, amma tətbiqə daxil ola bilmirik. Bank filialına gəlib sənədləri təqdim etməyi xahiş edirlər,” — deyə Mişail adlı istifadəçi bildirib.
Bildirilir ki, istifadəçilərdən şəxsiyyətlərini təsdiqləmək üçün bank şöbələrinə müraciət etmələri tələb olunur.

