İran neftin xarici bazarlara ixracını demək olar ki, tam dayandırıb. Bu barədə İran Mərkəzi Bankının rəhbəri Əbdolnasir Himməti Mehr agentliyinə açıqlamasında bildirib.
Himmətinin sözlərinə görə, mövcud şəraitdə İranın xaricə neft tədarükü demək olar ki, tamamilə dayanıb.
Mərkəzi Bankın rəhbəri bildirib ki, qurumun əvvəlcədən apardığı maliyyə planlaşdırmasını düzgün hesab edir və məhz bunun sayəsində İranın hazırda kifayət qədər valyuta ehtiyatları var.
Himməti İranın ali lideri Müctəba Xameneiyə ünvanladığı məktubda da ölkədə əhali üçün zəruri məhsulların və dərmanların təminatı ilə bağlı narahatlığa əsas olmadığını bildirib.
Onun sözlərinə görə, əhalinin ehtiyac duyduğu məhsulların təminatını Mərkəzi Bank və hökumət həyata keçirir.
Himməti valyuta ehtiyatlarının mövcudluğunu isə əvvəllər aparılmış maliyyə planlaşdırması ilə əlaqələndirib.

