İranda sentyabrın 8-dən etibarən güzəştli tarifə daxil olmayan benzinin qiyməti iki dəfə artırılıb. Bu barədə ölkənin Neft Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, üçüncü tarif üzrə benzinin 1 litrinin qiyməti 10 min tümən (təxminən 0,12 manat) müəyyən edilib.
“Sentyabrın 8-dən etibarən üçüncü tarif üzrə benzinin hər litrinin qiyməti 10 min tümən (təxminən 0,12 manat) təşkil edir”, – məlumatda qeyd olunub.

