noy
2023
19:08
144

"Azərbaycan özünün bahalı neftini Rusiyanın yüksək kükürdlü Ural nefti ilə əvəzləyə bilər" - ƏTRAFLI

1 noy, 2023
19:08
144

"Azərbaycan özünün bahalı neftini Rusiyanın yüksək kükürdlü Ural nefti ilə əvəzləyə bilər" - ƏTRAFLI

"Regionun enerji bazarı yeni şərtlərə uyğunlaşır. Azərbaycan daxili bazarda özünün yüngül və daha bahalı neftini Rusiyanın yüksək kükürdlü Ural nefti ilə əvəz edə bilər. Bu da ölkənin ixrac imkanlarını artıra və dünya bazarlarında mövqeyini möhkəmləndirə bilər".

Bu fikirləri "Den.az"a açıqlamasında politoloq İlqar Vəlizadə səsləndirib. O bildirib ki, Xüsusilə Azərbaycan neftinin ucuzlaşması şəraitində bunun baş verməsi mümkündür: "Maraqlıdır ki, oktyabrın əvvəlində Rusiya, Özbəkistan və Qazaxıstan liderləri bu iki ölkəyə Rusiya qazının nəqlinə başlayıblar. Eyni zamanda, Daşkənd öz qazının çatışmazlığı şəraitində bütün  hasil edilən qazı emal və yüksək əlavə dəyəri olan məhsulların istehsalına, o cümlədən ixrac ehtiyaclarına yönəltmək niyyətindədir. Qərb ölkələrinə tədarüklərə embarqo qoyulması səbəbindən Rusiya bazarında neft və qazın həddən artıq çox olması qonşu dövlətlər üçün də əlverişlidir. Belə ki, bu, aşkar üstünlüklərlə uyğunlaşan, neft və qaz hasil edən qonşular üçün də faydalıdır", - politoloq fikirlərini tamamlayıb.

Güenəş Fərəh,

Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar