ABŞ-ın İndiana ştatında 22 il əvvəl baş verən sirli qətlin qurbanının kimliyi müəyyənləşdirilib.
DenMedia.az xəbər verir ki, bu barədə Indiana Public Media məlumat yayıb.
2003-cü ildə Ouen dairəsində tapılmış qadın qalıqlarının 35 yaşlı Dinna Smitə məxsus olduğu müəyyən edilib. O, 1999-cu ildə İndianapolisdə itkin düşmüşdü. Onun ölüm şəraiti ilə bağlı istintaq hələ də davam edir.
Rəsmi açıqlamada bildirilir: “Qurbanın şəxsiyyəti İndianapolis polisinin itkin düşənlər şöbəsi, Spenser polis departamenti və digər qurumların birgə işi nəticəsində müəyyənləşdirilib.”
Polis hadisə ilə bağlı məlumatı olan hər kəsi detektivlərlə əlaqə saxlamağa çağırıb.