Polşada iki aylıq uşağı ilə birlikdə itkin düşən azərbaycanlı Adilə Mehdiyevanın meyiti tapılıb.
“Den.az” xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb.
Onun meyiti Oder çayında aşkarlanıb.
“Meyiti su polis bölməsinin polisləri tapıb. Belə bir vəziyyətdə onun kimliyini müəyyən etmək çətindir. Amma bizim polislər geyiminə görə onun qadın olduğuna inanırlar. Biz onu da təxmin edirik ki, bu, itkin düşən Adilə ola bilər. Lakin o, uşaqsız, tək tapılıb, - Vroclaw əyalətinin polis idarəsinin mətbuat xidmətindən Aleksandra Pieprzycka bildirilib.
Qeyd edək ki, Adilə Mehdiyeva ötən ilin 17 dekabr tarixində iki aylıq övladı ilə birlikdə itkin düşmüşdü.
Polşada itkin düşən azərbaycanlı qadının meyiti çaydan tapıldı

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.