Tayvanda 19 yaşlı Çanq soyadlı gənc, bir dəstə üzvünün sevgilisinə olan hisslərini etiraf etdiyi və onu görüşə dəvət etdiyi üçün həyatını itirib. Bu barədə Mothership məlumat verir. Cinayətkar dəstə gənci iki gün ərzində amansız işgəncələrə məruz qoyub.
İstintaqın məlumatına görə, 26 yaşlı Li, öz sevgilisinə tapşırıb ki, Çanqı otelə cəlb etsin. Orada beş dəstə üzvü, beysbol bitləri, maça, elektroşok və digər silahlarla gəncə hücum edib. Onlar Çanqı döyərək çoxsaylı kəsik xəsarətləri yetiriblər.
Səs-küyün eşidiləcəyindən ehtiyatlanan dəstə, gənci başqa yerə apararaq işgəncələri davam etdirib. Ümumilikdə, onlar qurbanı 51 saat ərzində işgəncə altında saxlayıblar.
Çanqın qalıqları, narkotik işi üzrə aparılan araşdırma zamanı təsadüfən tapılıb. Əsas 6 şübhəli ilə yanaşı, cinayətdə iştirak edən 7 yeniyetmə də saxlanılıb.

