Cəzaçəkmə müəssisəsində özünü güllələyən əsgərlə bağlı - Açıqlama
Cəzaçəkmə müəssisəsində özünü güllələyən əsgərlə bağlı - Açıqlama
Xəbər verdiyimiz kimi, Salyanda cəzaçəkmə müəssisəsində əsgər intihara cəhd edib.
Hərbi Prokurorluğun Mətbuat Xidmətindən “Den.az”a bildirilib ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə Alayının hərbi qulluqçusu, əsgər Şamxalov Ülvi İlyas oğlunun odlu silahdan atəş açmaqla özünə xəsarət yetirməsi barədə quruma məlumat daxil olub.
Hazırda Lənkəran hərbi prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır.