Astara rayonunun Kolatan kəndində baş verən qətl hadisəsinə görə yerli sakin Ruxana İmanova (2004-cü il təvəllüdlü) 10 il müddətinə azadlıqdan məhrum edilib.
Denmedia.az xəbər verir ki, bu barədə Oxu.Az məlumat yayıb.
Məlumata görə, Ruxana İmanova ilə qayınanası Xalidə Mənafova arasında uzun müddət davam edən münaqişə son nəticədə faciə ilə yekunlaşıb.
Bildirilir ki, qayınana gəlinini oğlu ilə birlikdə evdən çıxarmaq istəyib, lakin maddi çətinliklər buna mane olub və tərəflər arasında gərginlik daha da artıb.
İddialara görə, bir müddət əvvəl gəlinin həyat yoldaşının hesabına breket qoydurması qayınananın narazılığına səbəb olub və növbəti mübahisə yaranıb.
Münaqişə zamanı Ruxana İmanova qayınanasına bıçaqla çoxsaylı zərbələr endirib və qadın aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Faktla bağlı cinayət işi başlanıb və R.İmanova şübhəli şəxs qismində saxlanılıb.
İşə Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Neymət Məmmədovun sədrliyi ilə baxılıb.
Məhkəmənin qərarına əsasən, Ruxana İmanova 10 il müddətinə azadlıqdan məhrum edilib.

