Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-profilaktik tədbirlər zamanı bir sıra hüquq pozuntuları üzə çıxarılıb.
Məlumata görə, 13 narkotik dövriyyəsi faktı müəyyən edilib, müxtəlif cinayətlərdə şübhəli bilinən və axtarışda olan 17 nəfər saxlanılıb. Eyni zamanda “isti izlərlə” 19 cinayət işi açılıb.
Bundan başqa, 56 qanunsuz küçə ticarəti, dilənçilik və avaralıq halları, həmçinin 58 xırda xuliqanlıq və oğurluq faktı qeydə alınıb.
Polis tərəfindən siqaret qaydalarını pozan və məişət tullantılarını müəyyən olunmamış yerlərə atan şəxslər də inzibati məsuliyyətə cəlb olunub.
Profilaktik tədbirlər çərçivəsində vətəndaşlar könüllü şəkildə odlu silah, döyüş sursatı və ov tüfəngləri təhvil veriblər.
Yol polisi xətti ilə keçirilən tədbirlərdə isə sərxoş vəziyyətdə və ya avtomobildə qanunsuz dəyişikliklərlə idarə edən 6 sürücü, həmçinin gecə vaxtı sakinlərin narahatlığına səbəb olan 8 motosiklet sürücüsü barəsində tədbir görülüb.
Qeyd olunur ki, Abşeron rayonunda profilaktik tədbirlər davam etdirilir.

