Avstraliyada polis gecə saatlarında yataq otağından aparılan 5 yaşlı Şaron Qranitsin axtarışını davam etdirir. Bu barədə Daily Star məlumat yayıb.
Hadisə 26 aprel gecəsi Şimali Əraziyə bağlı Elis-Sprinqs qəsəbəsində baş verib. Valideynlər uşağı saat 23:00 radələrində yatırıblar, lakin iki saat sonra onun yataqda olmadığı məlum olub. Bundan dərhal sonra polisə məlumat verilib.
İlkin axtarışlar nəticə verməyib. Daha sonra istintaq ailənin yaxınlığında yaşayan və bu yaxınlarda həbsdən çıxmış 47 yaşlı Cefferson Lyuisin yerini müəyyən edə bilmədiklərini aşkar edib.
Bildirilib ki, Lyuis 2025-ci ildə hücum və məhkəmə qadağasını pozduğuna görə 1,5 il həbs cəzası alıb, 2022-ci ildə isə yenidən hücum ittihamı ilə həbs olunub.
İstintaq qeyd edib ki, qonşuların hamısının hadisə zamanı harada olduqları müəyyən edilib, yalnız Cefferson Lyuis istisna olmaqla. Bu səbəbdən o, əsas şübhəli şəxs hesab olunur.
Hazırda uşağın axtarışı davam edir.

