Məşhur türkiyəli aktyor Oktay Çubuk Lissabonda tətildə olarkən qəfil səhhəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib.
Məlumata görə, gənc aktyorun ürəyi qısa müddətə dayanıb, lakin həkimlərin operativ müdaxiləsi nəticəsində yenidən fəaliyyətə qaytarılıb.
Bildirilib ki, aktyor anası Nilhan Çetinyamaç Çubuk ilə birlikdə Portuqaliyada olub. Yaşanan kritik vəziyyətdən sonra tibb işçilərinin səyləri ilə həyati təhlükə nəzarət altına alınıb.

Hazırda Oktay Çubukun reanimasiyada müalicəsi davam edir, vəziyyəti yaxından izlənilir və geniş tibbi müayinələr aparılır.

