Abşeron Rayon Polis İdarəsinin əməkdaşları Müşfiqabad qəsəbəsində son günlər keçirdikləri əməliyyatlar zamanı narkotik vasitələrin satışı ilə şübhəli bilinən 13 nəfəri saxlayıblar.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, saxlanılan şəxslər — Türkanə Məmmədova, Samirə Cahangirova, Tural Məmmədov və Vüsalə Cılqamlıdan ümumilikdə təxminən 6 kiloqram müxtəlif növ narkotik vasitə və psixotrop maddə, o cümlədən metamfetamin aşkarlanıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.

