Ayrı-ayrı maliyyə piramidası prinsipi ilə fəaliyyət göstərən dələduzluq şəbəkələrinə qoşulan vətəndaşların külli miqdarda maliyyə itkisinə məruz qalırlar.
Denmedia.az lent.az-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tərəfindən daxil olmuş məlumatlar əsasında keçirilən tədbirlər nəticəsində bu istiqamətdə fəaliyyət göstərən bir neçə qrup və şəbəkə ifşa olunub.
“Greenleaf” sirkətinin fəaliyyəti ilə bağlı əsaslı şübhələr yarandığından həmin şirkətin vəzifəli şəxsləri ilə bağlı araşdırma aparılır.
Hazırda faktlarla bağlı tədbirlər davam etdirilir.

