Maqalyonu saxlayıb.
Ölkənin təhlükəsizlik naziri Omar Qarsiya Arfuş sosial şəbəkədə bildirib ki, əməliyyat Meksika quru qoşunlarının iştirakı ilə həyata keçirilib. ABŞ hakimiyyəti cinayətkar barədə məlumat verən şəxsə 5 milyon dollara qədər mükafat vəd etmişdi.
“Ponço” ləqəbi ilə tanınan kartel rəhbəri tutulduqdan sonra qruplaşma üzvləri onun aparılmasına mane olmağa çalışıblar. Onlar yolları bağlayıb və avtomobilləri yandırıblar.
Məlumata görə, saxlanılan şəxs narkotik qaçaqmalçılığı, avtomobil oğurluğu və hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunur.
O, həmçinin 2025 və 2026-cı illərdə Meksika hərbçilərinə qarşı pilotsuz uçuş aparatlarından istifadə edilən hücumların təşkilində şübhəli bilinir.

“Los-Reyes” kartelinin daha böyük cinayət şəbəkəsi olan “Carteles Unidos” və ya “La Resistencia” qruplaşmasının tərkibinə daxil olduğu bildirilir.

