Hacıqabulda qətl törədilib.
DenMedia.az apa-ya istinadən xəbər verir ki, hadisə Hacıqabul şəhərində İ. Qayıbov küçəsində minik avtomobilində baş verib.
Hacıqabul sakini, 2007-ci il təvəllüdlü Zeynəb Qocayeva qardaşı tərəfindən boyun nahiyəsindən bıçaqlanaraq qətlə yetirilib.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs könüllü olaraq polisə təslim olub.
Faktla bağlı araşdırma aparılır.

