Türkiyənin Kocaeli vilayətinin Darıca rayonunda sahildə iki qadın və bir kişinin meyiti tapılıb. Hadisə Şehit Cevher Dudayev Parkı sahilində qeydə alınıb.
Əvvəlcə sahilə çıxan iki qadının cansız bədəni ərazidə olan şəxslər tərəfindən aşkarlanıb. Hadisə barədə 112 Təcili Çağrı Mərkəzinə məlumat verildikdən sonra əraziyə tibbi yardım, polis və Sahil Mühafizəsi əməkdaşları cəlb olunub.
Bir müddət sonra eyni ərazidə bir kişinin də meyiti tapılıb. İlkin baxış zamanı hər üç şəxsin üzərində geyim olduğu müəyyən edilib.
Meyitlər şəxsiyyətlərinin və dəqiq ölüm səbəblərinin müəyyənləşdirilməsi üçün morqa aparılıb. Hadisə ilə bağlı geniş araşdırma başlanıb.

