Gəncə şəhərində 49 yaşlı qadın qətlə yetirilib.
Denmedia.az report-a istinadən xəbər verir ki, hadisə Kəlbəcər rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Yeni Qəsəbə adlanan ərazidə baş verib.
49 yaşlı Qərənfil Muxtarova yaşadığı evdə boğularaq öldürülüb.
İlkin ehtimala görə, qadının qətlində 2002-ci il təvəllüdlü oğlu Elgün Mirzəyev şübhəli bilinir.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.
Faktla bağlı Kəlbəcər Rayon Prokurorluğunda araşdırma aparılır.

