Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Tiflis aviareysi ilə uçmaq istəyən Azərbaycan vətəndaşının üzərindən kokain aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi və aeroportun Aviasiya Təhlükəsizliyi Xidmətinin əməkdaşları birgə yoxlama aparıblar.
Yoxlama zamanı şəxsin gömrük nəzarətindən gizlətdiyi, kustar üsulla hazırlanmış ümumi təmiz çəkisi 15,849 qram olan kokain aşkar edilib.
Daha sonra tədbirlər davam etdirilib və həmin şəxsin kirayədə yaşadığı evdə də axtarış aparılıb. Oradan 16 qrama yaxın qurudulmuş marixuana, 2,440 qram çətənə toxumu və 2 ədəd psixotrop həb götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Denmedia.az

