İstanbulun Küçükçekmece rayonunda konsert zalında baş verən silahlı hücum nəticəsində 2 nəfər ölüb, daha 2 nəfər yaralanıb.
Türkiyə KİV-lərinin məlumatına görə, naməlum şəxs məkana daxil olaraq atəş açmağa başlayıb.
Həmin vaxt zalda olan və xidmətdə olmayan polis əməkdaşı hücumçuya cavab atəşi açıb. Nəticədə həm polis əməkdaşı, həm də hücumçu ağır yaralanıb.
Yaralılar xəstəxanaya çatdırılsalar da, polis əməkdaşının və hücumçunun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə zamanı daha 2 nəfər yaralanıb.
Faktla bağlı araşdırma aparılır.

