Sumqayıt şəhər sakini 1988-ci il təvəllüdlü Məhəmməd Novruz oğlu İsmayılov şəxsi münasibətlər zəminində atası N.ismayılova xəsarət yetirib.
Den.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhəri 76-cı məhəllə ərazisində yerləşən yataqxanda baş verib.
M.İsmayılov ailə-məişət münasibətləri zəminində aralarında baş vermiş mübahisə zamanı atası Novruz Həzi oğlu İsmayılovu vurub.
Sumqayıt şəhər məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən iclasda hadisəni törədən M.İsmayılovun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Təqsirləndirilən şəxs qismində ifadə verən M. İsmayılov ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, zərərçəkmiş şəxs doğma atasıdır:
“Mən spirtli içki aludəçisiyəm. Hadisə baş verən günü, saat 21 radələrində evə gəldikdə yemək yeyən zaman içmək üçün 0.25 litr araq və 0.5 litr pivə aldım. Yemək yeyib araq və pivəni içdim”.
Təqsirləndirilən şəxs deyib ki, atası gəzərək xlor satdığından ona bir daha işə getməməsini, zəruri ehtiyaclarını təmin edəcəyini deyib: “Atam isə ünvanıma nalayiq ifadələr işlətməyə başladı. Əsəbləşərək onun üz nahiyəsindən bir neçə dəfə əlimlə zərbə vurdum. Zərbələrin təsirindən atam yerə yıxıldı”.
İş üzrə zərərçəkmiş N.İsmayılovun sözlərinə görə, oğlu M.İsmayılov spirtli içki aludəçisidir, heç yerdə işləmir, tüfeyli həyat tərzi sürür və içki içdiyi vaxtlarda hərəkətlərini, davranışını itirir:
“Hadisə günü saat 21 radələrində M.İsmayılov sərxoş halda evə gəldi. Nalayiq ifadələr işlətdikdə onun sərxoş olduğunu bildim. Ona söyüş söyməməsini, evdə azyaşlı uşaqların olduğunu dedim. Məhəmməd isə sözümə heç bir əhəmiyyət vermədi, söyüş söyməkdə davam etdi. Ona çölə çıxaraq biraz hava almasını dedim. Çölə çıxaraq gəzdik, yataqxana 5-in qarşısına çatdıqda heç bir səbəb olmadan sakit tərzdə söhbət etdiyimiz zaman gözləmədiyim halda əl zərbəsi ilə üzümdən, başımdan vurdu. Zərbələrin təsirindən arxası üstə yerə yıxıldım. Buna baxmayaraq mənə yaxınlaşaraq təpik zərbələri ilə qarnımdan, qollarımdan, kürəyimdən, ayaqlarımdan vurmağa başladı. Zərbələrin təsirindən huşumu itirdikdən sonra məni vurmağı dayandırdı, oradan getdim. Ayağa qalxaraq Sumqayıt şəhər Polis İdarəsinin 5-ci polis bölməsinə yaxınlaşdım, döyülməyim ilə bağlı ərizə ilə müraciət etdim”.
Zərərçəkmiş deyib ki, oğlu onu mütamadi olaraq döyür, rahat yaşamağa qoymur. Buna görə də ondan şikayətçidir.
Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə M.İsmayılov 7 ay müddətinə azadlıqdan məhrum edilib.
Sumqayıtda atasını döyən oğul HƏBS EDİLDİ

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.