27 
yan
2024
13:37
138

Qobuda 5 qumbara tapıldı - Video

27 yan, 2024
13:37
138

Qobuda 5 qumbara tapıldı - Video

FHN-in “112” qaynar telefon xəttinə Abşeron rayonu, Qobu qəsəbəsində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.

“Den.az” xəbər verir ki, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 5 ədəd F-1 əl qumbarası, 5 ədəd UZRQM partladıcısı və 25 ədəd 7x62 mm-lik mərmi olduğu müəyyən edilib.

Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.


Bizimlə əlaqə saxlayın

Çox oxunanlar