İnsan qidasının ayrılmaz parçası və vitamin mənbəyi olan ət xarab olmasın deyə dondurucuda saxlanmalıdır. Ətin xarab olmaması və bakteriya toplamaması üçün onu qorumaq çox vacibdir.
Den.az lent.az-a istinadla xəbər verir ki, insanların çoxu əti dondurduqdan sonra onu əridərkən bir sıra səhvlərə yol verir ki, bu da ətin bakteriya toplaması riskini özü ilə gətirir.
Ətin bişənə qədər düzgün qaydada saxlanılması insan sağlamlığı üçün vacibdir. Əti dondurduqdan sonra onu qaydalara uyğun olaraq əritmək isə qida dəyərini qoruyub saxlamasına səbəb olur.
Mütəxəssislərin fikrincə, əti çöldə deyil, soyuducuda (soyuducunun alt gözü) əritmək lazımdır. Bu üsul olmağına daha uzun, lakin daha sağlam bir üsuldur.
Bu zaman ət maksimum 12 saat ərzində əriyir. Əridikdən sonra isə o soyuducuda maksimum bir gün saxlanıla bilər. Çox gözləmədən istehlak edilməlidir.
İnsanların ən böyük yanlışlarından biri də ərimiş əti yenidən dondurmaqdır ki, bu zaman da ət öz keyfiyyətinin demək olar ki, çox hissəsini itirir.
Əgər əti təcili bişirmək lazımdırsa, ən asan üsul böyük bir qabı su ilə doldurmaq, ətin su ilə təmasının qarşısını almaq üçün torbadan çıxarılmadan suda saxlamaqdır. Su soyuduqca dəyişsəniz, ərimə prosesini sürətləndirmiş olarsınız. Bu üsulla ətiniz 1-2 saat ərzində əriyəcək.
Əti əritməyin digər bir üsulu da daha tez bir üsul olan mikrodalğalı sobada əritməkdir. Mikrodalğalı sobada əritdiyiniz əti qısa müddətdə istehlak etməyə çalışın.
Dondurulmuş ətin əriməsi üçün bir müddət otaq temperaturunda saxlamaq olduqca yanlışdır. Əti otaq temperaturunda əriməyə qoyduğumuz zaman onun üzərində çoxlu bakteriya hopa bilər.
İşi sürətləndirmək üçün ətin üzərinə bir az sirkə tökə bilərsiniz. Sirkə, tərkibindəki turşularla bakteriyaların əmələ gəlməsinin qarşısını ala bilər, həm də buzların əriməsində kömək edər.
Əti saxlayarkən hansı səhvlərə yol veririk? - Məsləhət

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.