Ağıllı tozsoranlar nəzəri olaraq mənzili gizli şəkildə çəkə bilər və kibercinayətkarlar tərəfindən hədəfə çevrilə bilər.
Bu barədə NEWS.ru-ya açıqlamasında Kremlin.ru saytının baş tərtibatçısı, İT mütəxəssisi Artem Geller bildirib.
Onun sözlərinə görə, bu cihazlardan birbaşa təhlükə ehtimalı çox aşağıdır, lakin əsas risk şəxsi məlumatların sızması ilə bağlıdır. Ağıllı tozsoranlar çoxfunksiyalıdır, məkanı “görə” bilir və bəzi modellərdə kamera funksiyası da mövcuddur.
Geller qeyd edib ki, müasir dövrdə yalnız tozsoranlar deyil, veb-kameralar və hətta soyuducular belə kiberhücumlara məruz qala bilir. Xüsusilə ucuz modellərdə təhlükəsizlik məsələlərinə yetərincə diqqət ayrılmır və standart olaraq sadə şifrələr quraşdırılır.
Ucuz modellərdə təhlükəsizlik zəif ola bilər. Amma tozsoranlarda çox həssas məlumat saxlanılmadığı üçün real zərər ehtimalı olduqca aşağıdır.
Mütəxəssis istifadəçilərə cihazları quraşdırarkən standart şifrələri dəyişməyi və proqram təminatını yeniləməyi tövsiyə edir.

