Bakının Binəqədi rayonunda gecə saatlarında motosikletlərlə hərəkət edərək səs-küy yaradan şəxslərlə bağlı polis araşdırma aparıb.
Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, sosial şəbəkələrdə yayılan görüntülər əsasında aparılan araşdırma zamanı qayda pozuntusuna yol verən üç yeniyetmə müəyyən edilərək saxlanılıb.
Yeniyetmələr valideynləri ilə birlikdə polisə dəvət olunub, onlarla profilaktik söhbətlər aparılıb və müvafiq izahatlar verilib.
Motosikletlər mühafizə olunan duracağa yerləşdirilib, faktla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.

