NOW telekanalının yeni “Anne Yarısı” serialının ikinci bölümünə aid ikinci fraqman yayımlanıb. Fraqmanda Ali və Zeynep arasında yaxınlaşma ehtimalı izləyicilərin diqqətini çəkib.
Bəzi tamaşaçılar ssenaridə yeznə-baldız münasibətinə yer verilməməli olduğunu bildiriblər. Digər izləyicilər isə iki obrazı bir-birinə yaraşdıraraq onların münasibət qurmasını istəyiblər.
“KİM VURULDU?” SUALI MARAQ DOĞURDU
Baş rollarını Cihangir Ceyhan, Burcu Özberk və Esra Dermancıoğlunun paylaşdığı “Anne Yarısı” Kapadokyada cərəyan edən hekayəsi ilə ailə bağları, keçmişdə gizlədilən sirlər və qəyyumluq mübarizəsindən bəhs edir.
Serialın ikinci bölümünə aid yayımlanan yeni fraqmanda isə “Kim vuruldu?” sualı ön plana çıxıb.
İlk fraqmanda itkin düşən Egenin tapılmasından sonra baş verən hadisələr diqqət çəkirdisə, yeni təqdimatda obrazlar arasındakı gərginliyin daha da artdığı görünür.

Ali ilə Zeynep arasındakı münasibətlə bağlı detallar isə fraqmanın ən çox müzakirə edilən məqamlarından birinə çevrilib.
Fraqmanın yayımlanmasından sonra bəzi izləyicilər Ali və Zeynep arasında romantik münasibətin yaranması ehtimalına etiraz ediblər.
Sosial şəbəkələrdə “Enişte-baldız münasibəti yazmayın”, “Yeznə-baldız münasibəti istəmirik” və “Bu vəziyyəti normallaşdırmayın” kimi şərhlər diqqət çəkib.
Bir izləyici “Zeynep olmasa baxılmaz. Yeznə-baldız münasibəti istəmirik, çox iyrəncdir” yazıb. Digər istifadəçi isə “Haradan baxsan, yeznədir. Aralarında nəsə olsa, çox pis vəziyyət yaranar” şərhini bildirib.

Lakin bütün izləyicilər eyni fikirdə deyil. Bəzi tamaşaçılar Ali və Zeynep arasındakı yaxınlaşmanı dəstəkləyiblər.
Şərhlərdən birində “Kadir və Zeynep ikilisi çox gözəldir, zəhmət olmasa onları cütlük edin” ifadələri yer alıb.
İLK FRAQMANDA “UZAK ŞEHİR” BƏNZƏTMƏSİ
“Anne Yarısı”nın ilk bölümündən sonra yayımlanan ikinci bölümün ilk fraqmanı da izləyicilər arasında müxtəlif müzakirələrə səbəb olmuşdu.
Bəzi tamaşaçılar serialın hekayəsini “Uzak Şehir” serialına bənzədərək “Çox ‘Uzak Şehir’ ab-havası aldım”, “Sanki ‘Uzak Şehir’e baxıram” və “Serial tutar, amma mövzu yorucudur” kimi şərhlər yazmışdılar.
“ANNE YARISI”NIN MÖVZUSU
Serial səkkiz il əvvəl yaşanan böyük itkidən sonra yolları eyni uşağın ətrafında kəsişən Ali və Zeynepin hekayəsindən bəhs edir.
Keçmişdə gizlədilən sirlər, qəyyumluq uğrunda mübarizə və ailə daxilindəki fədakarlıqlar serialın əsas xəttini təşkil edir.
Cihangir Ceyhan, Burcu Özberk və Esra Dermancıoğlunun baş rolları paylaşdığı layihədə Selen Uçer, Fatih Gühan, Cansu Fırıncı, Mert Denizmen, Merve Şen və İlayda Çevik də daxil olmaqla geniş aktyor heyəti yer alır.

