ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının onun adı ilə adlandırıldığı xəritəni sosial şəbəkə hesabında paylaşıb.
Tramp “Truth Social” hesabında yayımladığı xəritədə Hörmüz boğazı dairəyə alınıb və “Tramp boğazı” kimi göstərilib. ABŞ Prezidenti paylaşıma hər hansı şərh əlavə etməyib.
Tramp sentyabrın əvvəlində də strateji əhəmiyyətli Hörmüz boğazının “Tramp boğazı” adlandırılması ideyasını səsləndirmişdi.

