Latviyada keçirilən NATO təlimləri zamanı İtaliya hərbçilərinin olduğu avtomobil İtaliyaya məxsus “Dardo” piyadaların döyüş maşınının atəşinə məruz qalıb.
Bu barədə İtaliya Müdafiə Nazirliyi məlumat yayıb.
Hadisə nəticəsində dörd hərbçi yaralanıb. İnsidentlə bağlı xidməti araşdırma başladılıb.
Araşdırma zamanı dost atəşinin insan səhvi, yoxsa texniki nasazlıq səbəbindən baş verdiyi müəyyən ediləcək.
İtaliya Müdafiə Nazirliyi yaralanan hərbçilərə və onların ailələrinə dəstəyini ifadə edərək, onlara tezliklə sağalmalarını arzulayıb.
Qeyd edək ki, Latviyada sentyabrın 2-dən oktyabrın 8-dək NATO-nun “Namejs” təlimləri keçirilir.

