Microsoft şirkətinin təsisçisi Bill Qeyts süni intellektin bir milyard insanın ölümünə səbəb ola biləcək hadisələrə yol aça biləcəyini bildirib.
Bu barədə o, NBC telekanalına müsahibəsində danışıb.
Qeytsin sözlərinə görə, süni intellekt texnologiyalarının pis niyyətli şəxslər tərəfindən istifadə edilməsi bəşəriyyət üçün ciddi təhlükələr yarada bilər.
“Süni intellekt, şübhəsiz ki, bir milyard insanın ölümünə səbəb ola biləcək hadisələri törətmək üçün kifayət qədər gücə malikdir”, – deyə Bill Qeyts bildirib.

