“Kızılcık Şerbeti” serialından ayrılması ilə gündəmə gələn Aliye Uzunatağan bu dəfə “Aşk-ı Memnu”nun mərhum aktrisası Gülsen Tuncerin dəfn mərasimi ilə bağlı açıqlaması ilə diqqət çəkib.
Beyoğlunda teatr açılışına qatılan aktrisa “Aşk-ı Memnu”da dörd il birlikdə çalışdıqları Gülsen Tuncerin dəfn mərasiminə serial heyətindən heç kimin qatılmamasının vəfasızlıq kimi qiymətləndirilməməli olduğunu bildirib.

Uzunatağan özünün də sentyabrın 20-də keçirilən dəfn mərasimində iştirak etmədiyini qeyd edib.
“Dəfnə getməməyim ona olan hörmət və sevgimi azaltmır. Serialdakı rol yoldaşları da bəlkə tətildə idilər, ona görə gələ bilməyiblər”, – deyə aktrisa bildirib.

