Avstriyalı gözəllik bloqeri və vizajist Stefanie Pieperin ölümü ilə bağlı keçmiş sevgilisi Patrik M. barəsində qətl ittihamı ilə cinayət işi açılıb.
31 yaşlı Pieper 2025-ci ilin noyabrında yoxa çıxdıqdan bir neçə gün sonra Sloveniyada meşəlik ərazidə torpağa basdırılmış çamadanın içərisində ölü tapılıb.
İstintaqın versiyasına görə, keçmiş sevgilisi qadını Qratsdakı evində öldürüb, daha sonra meyiti çamadana qoyaraq Sloveniyaya aparıb və meşədə basdırıb.

Şübhəli əvvəlcə cinayəti etiraf etsə də, sonradan ifadəsini dəyişərək Pieperi öldürmədiyini bildirib. O, yalnız meyiti Sloveniyaya aparıb basdırdığını qəbul edir.
Patrik M. barəsində qətl və ölən şəxsin xatirəsinə hörmətsizlik ittihamları irəli sürülüb. Onu 10 ildən 20 ilədək və ya ömürlük həbs cəzası gözləyə bilər.

