ABŞ-li aktrisa və model Merilin Monronun “kukla evi” kimi tanınan keçmiş evi Kaliforniya ştatında, Los-Ancelesdən şərqdə yerləşən Palm-Sprinqs şəhərində satışa çıxarılıb. Bu barədə Mansion Global məlumat yayıb.

Sahəsi 278,7 kvadratmetr olan daşınmaz əmlakın qiyməti 3,3 milyon dollar olaraq müəyyən edilib.

Bildirilir ki, bina modern üslubda inşa edilib. Monro 1961-ci ildə evin sahibi olub və 1962-ci ilin avqustunda vəfatına qədər buranı bağ evi kimi istifadə edib.

Ev açıq planlı qonaq otağı, kamin, ayrıca yemək zonası, bar, dörd yataq otağı və dörd hamam otağı ilə təchiz olunub. Əraziyə isə örtülü terras, hovuz, cakuzi və ocaq sahəsi daxildir.



