Rusiyada falçı xidmətlərinə tələbin azaldığı bildirilir. Mash Telegram kanalı xəbər verir ki, bu tendensiya xüsusilə gənclər arasında ChatGPT kimi rəqəmsal platformaların populyarlaşması ilə bağlıdır.
Məlumata görə, 30 yaşdan aşağı istifadəçilər getdikcə daha çox cavabları rəqəmsal xidmətlərdən almağa üstünlük verir.
“Əvvəllər ən çox tələb olunanlar gələcək illə bağlı proqnozlar və imtahan suallarına kömək idi.”
Hazırda isə gənclər daha çox çat-botlara, o cümlədən ChatGPT-yə müraciət edir.
Bununla yanaşı, 40 yaşdan yuxarı şəxslər arasında ənənəvi praktikalara maraq qalmaqdadır. Onlar astroloq, tarotçu və falçı xidmətlərindən istifadə etməyə davam edir.
“Nəsillər arasında seçim fərqi getdikcə daha aydın görünür.”

