Meşədən gətirilən söyüd budaqlarının üzərində gənələr və müxtəlif həşəratlar ola bilər. Bu barədə immunoloq Teona Gvedaşvili РИАМО-ya bildirib.
Onun sözlərinə görə, xüsusilə meşədən və ya yol kənarından qoparılan budaqlarda görünməyən həşəratlar və ya onların yumurtaları qala bilər.
“Hər budağı evdə mikroskopla yoxlamaq mümkün deyil. Ona görə sadə, amma effektiv üsuldan istifadə etmək lazımdır”
Həkim budaqları əvvəlcə yumağı tövsiyə edir.
Ən düzgün üsul – budaqları 10–15 dəqiqə soyuq və ya ilıq suya salmaqdır. Bu müddətdə həşəratlar və çirk ya suyun üzünə çıxır, ya da ayrılıb gedir.

Su həm tozu, həm də görünməyən “qonaqları” təmizləyir.
Sonra budaqları qurudub yerləşdirmək lazımdır.
Söyüd budaqları üçün ən uyğun yerlər mətbəx, dəhliz və ya şüşələnmiş balkon hesab olunur.
Onları yataq otağından və insanların daim olduğu yerlərdən uzaqda saxlamaq tövsiyə edilir.

