Fevralın 3-nə keçən gecədən səhərə qədər güclü külək nəticəsində 19 ağac sınıb, 15 ağacın isə budaqları qırılıb.
Bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi məlumat verib.
Bildirilib ki, axşam saatlarından etibarən davam edən əlverişsiz hava şəraiti səbəbindən kommunal xidmətlər gücləndirilmiş iş rejiminə keçirilib. Növbətçi briqadalar təbii hadisənin fəsadlarını operativ şəkildə aradan qaldırır, aşmış ağacları və qırılmış budaqları yığışdırır, ərazilərdə təmizlik işləri aparırlar.

