Yeniyetmələrdə azart oyunlarına bağlılığın qarşısını almaq üçün valideynlərin bu mövzunu uşaqlarla açıq şəkildə müzakirə etməsi vacibdir.
“Radio 1”ə açıqlamasında praktik psixoloq Eduard Şamsutdinov bildirib ki, bir çox valideyn bu söhbətə necə başlayacağını bilmir və problemin ciddiliyini kifayət qədər qiymətləndirmir.
Psixoloqun sözlərinə görə, yeniyetmələrə azart oyunlarının mümkün nəticələri izah edilməli, onlarda tənqidi düşüncə və özünənəzarət bacarıqları formalaşdırılmalıdır.
Şamsutdinov həmçinin uşağın fikirlərini və narahatlıqlarını sərbəst ifadə edə biləcəyi təhlükəsiz ünsiyyət mühitinin yaradılmasını vacib hesab edir.
Onun fikrincə, problem vaxtında diqqətə alınmasa, azart oyunlarına bağlılıq yeniyetmələr arasında ciddi sosial problemə çevrilə bilər.

