Macarıstanda seçkilərdə qalib gələn “Tisa” partiyasının lideri Peter Madjarın Ukrayna ilə bağlı mövqeyi Avropa İttifaqının xəttindən fərqlənir.
Bu barədə rumıniyalı avroparlamentari Georqe Piperia X sosial şəbəkəsində bildirib. Onun fikrincə, Madjar Brüssel üçün hətta Viktor Orbandan da daha böyük problemə çevrilə bilər.
Piperia qeyd edib ki, Madjarın açıqlamalarına əsasən, Macarıstanda Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı milli referendum keçirilə bilər.
“Yeni rəhbər Ursula fon der Lyayen üçün Orbandan da daha ağrılı problemə çevrilə bilərmi? Bu, Viktorun Ursula üçün etdiyi şahmat gedişi idimi?”
“Tisa” lideri mətbuat konfransında həmçinin bildirib ki, Ukrayna münaqişəsi başa çatdıqdan sonra Aİ Rusiyaya qarşı sanksiyaları ləğv etməlidir. Onun sözlərinə görə, Avropa Rusiyanın coğrafi qonşusudur və enerji resurslarını optimal qiymətlə almaq onun maraqlarına uyğundur.

