ABŞ-da Maykl Ceksonun anası Ketrin Ceksona hədiyyə etdiyi “Rolls-Royce Silver Spur” avtomobili satışa çıxarılıb.
Avtomobil Kaliforniyada fəaliyyət göstərən “Monza Car” dileri tərəfindən hərraca təqdim olunub.
Satıcının məlumatına görə, 1984-cü ildə Maykl Cekson bacı və qardaşları ilə birlikdə avtomobili Analar Günü münasibətilə anasına hədiyyə etmək üçün alıb. “Rolls-Royce” 1999-cu ildən etibarən hazırkı sahibindədir.

Avtomobillə birlikdə yeni sahibinə orijinal servis kitabçaları, maşının tarixçəsini təsdiqləyən bütün sənədlər, həmçinin Cekson ailəsinin Ketrinə hədiyyə etdiyi və çərçivəyə salınmış fərdi avtomobil nömrəsi də təqdim ediləcək.
Maykl Ceksonun ailəsinə məxsus olmuş “Rolls-Royce Silver Spur” üçün 49 035 dollar qiymət müəyyən edilib.

