Maykl Ceksonun qızı Paris Cekson uşaqlıq illəri ilə bağlı diqqətçəkən xatirəsini bölüşüb.
Podkast proqramında danışan Paris bildirib ki, atası onun və bacı-qardaşlarının tanınmaması üçün üzlərini maska ilə gizlətmələrini istəyirdi. Onun sözlərinə görə, həmin vaxt bu, onlara tamamilə normal görünürdü.

Paris qeyd edib ki, Maykl Cekson maska taxdıqları halda küçədə heç kimin onları tanımayacağını və beləliklə, digər uşaqlar kimi rahat şəkildə əylənə biləcəklərini deyirdi.
O bildirib ki, maskalar sayəsində insanlar onların Maykl Ceksonun övladları olduğunu anlamırdı və bu da onlara daha adi uşaqlıq yaşamaq imkanı verirdi.

Paris Cekson atasının nə qədər böyük ulduz olduğunu uşaqlıqda tam dərk etmədiyini də söyləyib. O, otellərdən birində pəncərədən baxarkən qarşısında böyük izdiham gördüyünü və həmin anda atasının şöhrətinin miqyasını daha yaxşı anladığını qeyd edib.

Bundan sonra Paris atasının onları niyə bu qədər qorumağa çalışdığını daha yaxşı başa düşdüyünü bildirib.

