Pop musiqisinin kralı Maykl Ceksonun keçmiş həyat yoldaşı və iki övladının anası Debbi Rou uzun müddətdən sonra görüntülənib.
1958-ci il təvəllüdlü, 67 yaşlı Debbi Rounun son görüntülərdə əvvəlkindən fərqli görünməsi diqqət çəkib.

Onun görünüşündəki dəyişikliklər sosial şəbəkələrdə və mediada müzakirələrə səbəb olub. Bu dəyişikliklər Rounun illər əvvəl yaşadığı sağlamlıq problemlərini yenidən gündəmə gətirib.

Debbi Rou təxminən 10 il əvvəl süd vəzi xərçəngi ilə mübarizə aparıb. Ağır müalicə prosesindən sonra xəstəliyə qalib gələn Rou uzun müddət ictimaiyyət qarşısına çıxmamışdı.

Mediada qeyd olunur ki, onun hazırkı görünüşündə həm yaşın, həm də keçirdiyi ciddi xəstəlik və müalicə prosesinin təsirləri hiss olunur.
Debbi Rou Maykl Ceksonla evliliyindən Prins Cekson və Paris Ceksonun anasıdır.

