Neyrocərrah Viktor Uqo Espindola insultdan əvvəl bəzi insanlarda diqqətdən qaçırılmamalı əlamətlərin ortaya çıxa biləcəyini bildirib.
“Terra” nəşrinin məlumatına görə, həkim qeyd edib ki, insultdan həftələr, hətta aylar əvvəl bəzi insanlarda tranzitor işemik hücum (TİH) baş verə bilər. Bununla belə, belə hücumların insultdan əvvəl, xüsusilə 48 saatlıq dövrdə müşahidə oluna bildiyi bildirilir.
Espindolanın sözlərinə görə, tranzitor işemik hücum zamanı qəfil zəiflik, bədənin bir tərəfində keyimə, üzün bir tərəfinin sallanması, danışıq çətinliyi, görmə problemləri, başgicəllənmə və tarazlığın itirilməsi kimi əlamətlər yarana bilər.

Bu simptomlar beyində qan dövranının müvəqqəti pozulması səbəbindən bir neçə dəqiqə və ya saat ərzində yox ola bilər. Lakin həkim vurğulayıb ki, əlamətlərin keçməsi təhlükənin sovuşduğu demək deyil.
Onun sözlərinə görə, tranzitor işemik hücum zamanı aparılan bəzi müayinə və analizlərdə nəzərəçarpacaq dəyişikliklərin qeydə alınmaması da mümkündür.

