Siqaret çəkmək və qanda şəkərin yüksək olması insult riskini artırır. Bu barədə “Radio 1”ə Moskva vilayəti Səhiyyə Nazirliyinin baş nevroloqu, MONİKİ-nin nevrologiya və reabilitasiya xidmətinin rəhbəri Maksim Sutormin bildirib.
Mütəxəssisin sözlərinə görə, insult hallarının 80 faizinin qarşısını profilaktika vasitəsilə almaq mümkündür.
Həkim qeyd edib ki, yüksək xolesterini, artıq çəkisi, karbohidrat və lipid mübadiləsi pozğunluğu olan şəxslər mütəmadi tibbi nəzarətdən keçməlidirlər.

Nevroloq vurğulayıb ki, insultun etibarlı xəbərçi əlamətləri mövcud deyil. Buna görə də ilk simptomlar yaranan kimi dərhal təcili tibbi yardım çağırılmalıdır.
Onun sözlərinə görə, müalicəyə ilk üç saat ərzində başlanması həyati əhəmiyyət daşıyır.

