may
2024
14:00
341

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu BAŞLADI

6 may, 2024
14:00
341

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu BAŞLADI

Bu gün 2024/2025-ci tədris ili üçün musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb.
 
Den.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin tabeliyindəki həmin məktəblərə şagird qəbulu ilk dəfə olaraq elektron qaydada həyata keçirilir.
 
Mayın 6-sı 12:00-dan start götürən qəbul prosesi "my.culture.az" vahid şəxsi kabineti vasitəsilə mayın 31-dək həyata keçiriləcək.
 
Qeyd edək ki, mayın 6-31-də tez və ya gec müraciət etməsindən asılı olmayaraq bütün müraciətlər bərabərhüquqlu hesab edilir və müraciəti təsdiqlənmiş şəxslər növbəti imtahan mərhələsinə vəsiqə qazanır.

Şahnaz Əliyeva
Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar