Ötən gün mərhum prodüser və Əməkdar incəsənət xadimi Oqtay Əliyevə həsr edilən film təqdim olunub.
Den.az OLAY-a istinadən yazır ki, Nizami Kino Mərkəzində gerçəkləşən “Müasir televiziyanın ocağı” adlı layihənin təqdimat mərasimində tanınmış şəxslər yer alıb.
Gecədə Xalq artistləri Murad Dadaşov, Mehriban Zəki, mərhumun həyat yoldaşı, Əməkdar artist Dilarə Əliyeva, aktyor Vüsal Murtuzəliyev, prodüser Fariz Əliyev və başqaları iştirak edib.Layihədə Xalq artistləri Vaqif Mustafayev, Afaq Bəşirqızı, Zülfiyyə Xanbabayeva, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, ATV-nin rəhbəri Azər Xəlilov və digər şəxslər O.Əliyev haqda fikirlərini səsləndirib.
Qeyd edək ki, filmin ideya və ssenari müəllifi Fariz Əliyev, rejissorları İsmayıl və Kənan Zeynalovlardır.
Oqtay Əliyevə həsr edilən film təqdim olundu

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.