Əməkdar artist Cabir İmanovla vida mərasimi keçirilir.
Denmedia.az xəbər verir ki, mərasim Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində təşkil olunub.
Vida mərasimində Azərbaycanın tanınmış sənət və mədəniyyət xadimləri – xalq artisti Hacı İsmayılov, əməkdar artist İlham Qasımov, müğənni Nigar Camal, aparıcı Murad Dadaşov, şair Baba Vəziroğlu və digər tanınmış simalar iştirak edirlər.
Qeyd edək ki, əməkdar artist Cabir İmanov dünən idman zalında ürək tutmasından vəfat edib